Netanyahu nazirlərin iştirakı ilə təcili iclas keçirir.
Oxu24.com xəbər verir ki, bu barədə Times of Israel qəzeti məlumat yayıb.
Netanyahunun gündəlik cədvəlinə daxil edilməyən görüş zamanı “təhlükəsizlik qiymətləndirməsi” aparıldığı bildirilib.
Qeyd olunub ki, görüşlə əlaqədar strateji işlər naziri Ron Dermerin İsraildə səfərdə olan Fransa xarici işlər naziri Jan-Noel Barrot ilə görüşü “son anda” təxirə salınıb.
Xəbərdə Netanyahunun "təhlükəsizlik qiymətləndirməsi" toplantısının İsrailin İrana qarşı mümkün cavab tədbirləri gündəmdə olduğu bir vaxtda keçirildiyi diqqətə çatdırılıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR