Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118887
az

Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR

13:1626 Sentyabr, 2024
371
ŞİKAYƏTLƏR
  • A

Gəncədə bir qrup sakin şikayət edir.

 

Oxu24.com CityPost.az-a istinadən  xəbər verir ki, Gəncə şəhəri,Ağa Sultanov 1 döngə ev 16 ünvanında yaşayan sakinlər yaşadıqları küçədə şəraitsizlikdən şikayətləniblər. 16 ailənin yaşadığı küçədə yolun bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.

 

 

Həmin ünvanda yaşayan sakin Könül Əliyeva bildirib ki, ətrafda olan bütün küçələr və döngələr asfaltlansa da,təkcə onların yaşadığı döngə baxımsız vəziyyətdə qalıb.

 

 

"Bizim küçəmizdən uşaqlar dərsə,məktə gedib-gəlirlər. Qarşıdan qış ayı gəlir .Uşaqlar,yaşlılar əziyyət  çəkirlər. Ərazidə  bir neçə dəfə  yaşlı insanlar yıxılıb,xəsarət alıblar. Ölkəmiz  COP29 kimi mötəbər bir yarışmaya ev  sahibliyi edəcək. Bu işlə  əlaqədər ölkəmizdə abadlıq,quruculuq işləri davam etdirilir.İstərdik ki, bizim də ərazimiz bu tədbirlər nəticəsində abadlaşsın",-deyə Könül  Əliyeva bildirib.

 

Müraciəti  Ələkbərova Rəsmiyyə,Əliyev İlqar,İsmayılov Samir,Ələsgərov Mahir,Qurbanov Orxan,Quliyev Qabil,Qurbanov Sunay, Əsədov Vidadi və digərləri də imzalayıblar. Onlar bununla bağlı ölkə rəhbəri İlham Əliyevə də müraciət etdiklərini bildiriblər.

 

Oxu24.com məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb.

 

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir

Qəza ərazisi simulyatorda göstərildi- Video

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə     ittiham     edilir