Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118761
az

Rusiya Ukraynada məğlub ola bilər? -Trampdan KRİTİK XATIRLATMA

23:5324 Sentyabr, 2024
107
DÜNYA
  • A

"Rusiyanın Ukrayna ilə münaqişədə uduzmasını gözləmək lazım deyil, çünki ruslar Hitleri və Napoleonu məğlub ediblər".

OXU24.COM  "RİA Novosti" yə istinadla xəbər verir ki, bunu ABŞ Prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp deyib.

O bildirib ki, ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris ABŞ-ı Rusiya-Ukrayna münaqişəsinə cəlb ediblər və bu münaqişədən çıxa bilmirlər.

Tramp bir daha təkrar edib ki, prezident olarsa, danışıqlara başlayacaq və ABŞ-ın münaqişədə iştirakdan çıxmasını təmin edəcək.

Sentyabrın 17-də Tramp qarşıdan gələn seçkilərdə qalib gələcəyi təqdirdə Rusiya Federasiyası və Çinlə münasibətləri yaxşılaşdıracağına söz verib.

Sentyabrın 15-də Tramp Yalta Avropa Strategiya forumunda çıxışı üçün videomüraciət yazıb və orada Ukrayna böhranının həlli üçün iki komponenti qeyd edib. ABŞ prezidentliyinə namizədin dediyi kimi, atəşkəsə “ruhun və müdrikliyin gücü” ilə nail olmaq lazımdır.

Eyni zamanda, siyasətçi Rusiya lideri Vladimir Putini və Ukrayna rəhbəri Vladimir Zelenskini yaxşı tanıdığını bildirib. Ağ Evin keçmiş sahibi 2022-ci ildə hələ də hakimiyyətdə olsaydı, Moskva ilə Kiyev arasında silahlı qarşıdurmanın baş verməyəcəyini deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranla Azərbaycan arasında mühüm razılaşmalar əldə olundu
79 nəfərə məzar olan hoteldən dəhşətli kadrlar – VİDEO
Tramp qılıncla səhnədə rəqs etdi -VİDEO