Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118756
az

Ərdoğandan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı MƏYUSEDİCİ AÇIQLAMA

21:5524 Sentyabr, 2024
123
SİYASƏT
  • A

"Dünya Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllindən hələ də uzaqdır",

OXU24.COM  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

Türkiyə liderinin sözlərinə görə, Moskva ilə Kiyev arasında münaqişə 3 ildir ki, davam edir, lakin dünya birliyi hələ də sülhün bərqərar olmasından uzaqdır.

Ərdoğan xəbərdarlıq edib ki, silahlanma yarışı sürətləndikcə diplomatiya üçün məkan daralır.

Öz növbəsində, Ərdoğan 2022-ci ildə Ukrayna ilə bağlı danışıqların pozulmasında münaqişənin sülh yolu ilə həllində maraqlı olmayan müəyyən lobbilərin günahkar olduğunu da bəyan edib. Onun sözlərinə görə, Ankara Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün həmişə səy göstərib və göstərəcək.

Xatırladaq ki, sentyabrın 24-də Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Moskvadakı Diplomatik Akademiyada çıxış edərək Rusiya Federasiyası ilə Ukrayna arasında 2022-ci ildə İstanbulda keçirilən danışıqların bir sıra dövlətlərin Kiyevə təzyiqi nəticəsində pozulduğunu bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Əsədlə görüşəcək
Papadan növbəti atəşkəs çağırışı
Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi