Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118705
az

Külli miqdarlarda olan narkotik vasitələrin məhv edilməsi üzrə komissiya yaradıldı

12:4224 Sentyabr, 2024
66
CƏMİYYƏT
  • A

Külli miqdarlarda olan narkotik vasitələrin məhv edilməsi üzrə komissiya yaradılıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən bildirilib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1197-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 5 avqust tarixli 173 nömrəli Fərmanının 1.3.1-ci və 1.4.1-ci yarımbəndlərinə əsasən qanunsuz dövriyyədən çıxarılan və ya müsadirə olunan külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il 20 sentyabr tarixli qərarı ilə yenidən formalaşdırılıb.

Bununla yanaşı, adıçəkilən Fərmanın 1.3.3-cü və 1.4.3-cü yarımbəndlərinə uyğun olaraq, qanunsuz dövriyyədən çıxarılan və ya müsadirə edilən az və xeyli miqdarlarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə rayon (şəhər) komissiyalarının formalaşdırılması isə Dövlət Komissiyası tərəfindən yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ