Bakı-Qazax avtomobil yolunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində qəza olub, bir nəfər ölüb.
Bu barədə Oxu24.com-a Bakı şəhər Dövlət Yol Polisindən məlumat verilib.
Belə ki, bu gün saat 01 radələrində Bakı-Qazax avtomobil yolunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində Mingəçevir şəhər sakini Rəsul Novruzovun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi yol kənarında dayanan yük avtomobili ilə toqquşub. İlkin ehtimalla sükan arxasında yuxulayan 22 yaşlı R.Novruzov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, uzaq məsafə qət edərkən 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra dayanaraq qısa müddətə istirahət etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırır.
Oxu24.com
ŞƏRHLƏR