Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11850
az

Şahbaz Quliyevin dəhşətli videogörüntüləri Azərbaycana göndərildi - "Özümüzə gələ bilmirik"

10:2111 Aprel, 2019
668
CƏMİYYƏT
  • A
 
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin video-görüntüləri ailəsinə təqdim olunub.

Oxu24.com  xəbər verir ki, bu barədə Azvision.az -a girovun qardaşı İlham Quliyev məlumat verib. Bildirib ki, Şahbazın yeni görüntüləri onlara 15 gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən göstərilib.

"Şahbazın videosunu görəndən bəri özümüzə gələ bilmirik. Biz istəyirik ki, xalqımız onun nə vəziyyətdə saxlanıldığını görsün, halına acısın. Videoya baxanda ürəyimiz qan ağladı. Qardaşım yaman günə qalıb. Təsəvvür edin, eynəksiz heç nə görmür. Şahbaz elə bir haldadır ki, bunu sözlə təsəvvür etmək mümkün deyil. Videoda bizi salamlayır, daha sonra övladı, ailəsi ilə maraqlanır. Təxminən iki dəqiqəlik video idi", - deyə girovun qardaşı vurğulayıb.

Onun sözlərinə görə, Şahbazın durumu heç də yaxşı deyil: "Biz Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrindən xahiş etdik ki, görüntünü insanlar arasında yaymaq, dövlətimizə göstərmək üçün bizə versinlər. Ancaq dedilər ki, bu yalnız ailəsinə göstərmək üçün təqdim edilən görüntüdür. Buna görə arada mübahisə düşdü. Qardaşımın belə görüntüsünü gətirməkdənsə, heç gətirməsinlər”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu