FHN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
OXU24.COM xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən “GEELY TUGELL” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Oxu24.com
ŞƏRHLƏR