Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117895
az

Bakıda əməliyyat:Xeyli sayda tutulanlar var (FOTO+VİDEO)

17:2912 Sentyabr, 2024
117
CƏMİYYƏT
  • A

Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı İbrahim Müzəffərov, Səbuhi Həsənov, Əli Şərifov və Mətin Rzayev saxlanılıblar.

 

Bu barədə Oxu24.com-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan ümumilikdə 16 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Xətai Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin son bir ayda həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotiklərlə bağlı ümumilikdə 50 fakt müəyyən edilib. Həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə evlərdən birindən oğurluq edən əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş Emin Məmmədov saxlanılıb. Onun mənzildən 1500 manat oğurladığı müəyyən olunub. E.Məmmədovun paytaxt ərazisində digər bu kimi cinayətlər törədib-törətmədiyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb" - DİM
"Sürət həddini minimuma endirin" - DYP
Bu küçə bağlı olacaq

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Xaçmazda məktəbli bıçaqlandı - Sinif yoldaşı saxlanıldı