Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117809
az

Avropa Məhkəməsi iki rusiyalıya qarşı sanksiyaları ləğv edib

16:4611 Sentyabr, 2024
57
DÜNYA
  • A

Lüksemburqdakı Avropa Məhkəməsi Aİ-nin iki Rusiya vətəndaşına: sahibkar Pavel Ezubova və Transneft rəhbərinin qızı Maya Tokarevaya qarşı sanksiyalarını ləğv edib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, Ezubov Aİ-nin sanksiyalar siyahısına salınmasına məhkəmədə etiraz edib. Tokareva həmçinin ona qarşı tətbiq edilən sanksiyaların qüvvədən salınmasını tələb edib.

Ezubov işində məhkəmə qərar çıxarıb ki, hər bir tərəf məhkəmə ilə bağlı xərclərini ödəməlidir. Tokarevanın işində hakim Aİ Şurasına onun işdə iştirak xərclərini kompensasiya etməyi tapşırıb.

İyulda Avropa İttifaqının Ədalət Məhkəməsi Eurochem-in keçmiş rəhbəri Vladimir Raşevskiyə qarşı Ukraynada xüsusi hərbi əməliyyatın başlamasından sonra tətbiq edilən sanksiyaları ləğv edib.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi iki şəxsi - Aleksey Panferov və Marina Tsarevanı Rusiyaya qarşı sanksiya siyahısından çıxarmışdı.

Bundan əvvəl Britaniya Rusiya Aerokosmik Qüvvələrinə qarşı sanksiyalar tətbiq edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə növbəti etiraz aksiyası keçirilir
Tramp bütün dövlət qurumlarında bu şöbəni BAĞLADI
Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda