Google naməlum səbəblərdən ruslara rus nömrələri ilə əlaqəli Google hesabları yaratmağı qadağan edib.
Oxu24.com xəbər verir ki, “Exploit” Telegram kanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Google ruslara rus telefon nömrələrindən istifadə edərək yeni hesablar yaratmağa icazə vermir. “Exploit” müəllifləri beş fərqli nömrədən qeydiyyatdan keçərkən məhdudiyyətlə qarşılaşdılar və hər bir halda belə bir xəta aldılar: “Bu nömrə yoxlama üçün istifadə edilə bilməz”.
Ehtimal olunur ki, bu, Google tərəfində texniki nasazlıq ola bilər - internetdə bunun bir neçə gündür davam etdiyinə dair şikayətlər var. Ola bilsin ki, Google qeydiyyatı təsdiqləmək üçün SMS kodları göndərən şirkətlə müqavilə müddətini başa vurub.
Məhdudiyyətlərin sentyabrın 12-də qüvvəyə minən ABŞ Maliyyə Nazirliyinin sanksiyaları ilə bağlı olub-olmadığı məlum deyil.
Miri
Oxu24.com
ŞƏRHLƏR