Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117645
az

"COP29 çərçivəsindəki tədbirlər ölkəmizlə məhdudlaşmır" - Mikayıl Cabbarov

14:1409 Sentyabr, 2024
42
İQTİSADİYYAT
  • A

Azərbaycan COP29 çərçivəsində həyata keçirdiyi tədbirlər ölkəmizlə məhdudlaşmır.

Oxu24.com xəbər verir ki, bunu Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Məqsədimiz bir sıra regional, hətta qlobal təşəbbüslər reallaşdırmaqdır. Azərbaycanda tətbiq edilən təcrübələrin, müəyyən mənada pilot layihələri ən azı regional tətbiqini qiymətləndirməliyik. Ölkəmiz COP prosesinə bir çox töhfələr verə bilər. Təbii olaraq bu prosesi təkbaşına həyata keçirməməliyik. İstənilən siyasətin və alətlərin geniş effektinə nail olmaq üçün onu beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirməliyik. Növbəti aylarda həyata keçiriləcək tədbirlər bu fəlsəfə əsasında olacaq", - deyə nazir qeyd edib.

O, əlavə edib ki, bununla bağlı İqtisadiyyat Nazirliyi bir sıra təşəbbüslər hazırlamaqdadır:

"Onlardan biri regional fondlar təşəbbüsüdür ki, bunun da əsas hədəfi yaradıcı insanların rolunun artırılmasına yönəlib. Çünki "yaşıl startaplar" üzrə ixtisaslaşmış vencur kapital fondlarının maliyyələşməsini təmin edərkən biz həmin həllərin həm Azərbaycanda, həm də belə təşəbbüslə əhatə olunmuş digər dövlətlərdə tətbiqinə nail ola biləcəyik".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Brent” nefti bahalaşdı
Azərbaycan nefti bahalaşdı
Qızıl və gümüş bahalaşdı


Qalmaqallı hakim məhkəmə sistemindən QOVULDU -FOTO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
“Sakit infarktı” necə tanımalı? Onu heç hiss etməmək mümkündürmü?

Bu ölkənin prezidenti hücuma məruz qaldı: xənçərlə başından vurdular