Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117575
az

Ukrayna İranı “dağıdıcı nəticələrlə” hədələyir

21:2907 Sentyabr, 2024
68
DÜNYA
  • A

Ukrayna Xarici İşlər Nazirliyi İranın Rusiyaya ballistik raketlərin tədarükü ilə bağlı mətbuatda yayılan xəbərlərdən narahatlığını bildirib və bildirib ki, bu xəbərlər təsdiqlənərsə, Ukrayna-İran münasibətləri üçün “dağıdıcı nəticələr” olacaq.

Ukrayna Xarici İşlər Nazirliyinin şənbə günü dərc etdiyi bəyanatda həmçinin İran rəhbərliyini Rusiyaya hər hansı silah və hərbi texnika ötürməkdən çəkinməyə, habelə beynəlxalq ictimaiyyəti “beynəlxalq sülhün qorunması naminə Tehran və Moskvaya təzyiqi artırmağa” çağırır. 

Wall Street Journal və CNN ötən gün kəşfiyyat mənbələrinə istinadən İranın Ukraynaya qarşı müharibədə istifadə etmək üçün artıq Rusiyaya yaxın mənzilli ballistik raketlər göndərdiyini bildiriblər. Bloomberg bir neçə gün əvvəl belə raketlərin gözlənilən transferi haqqında yazmışdı. Britaniyanın “The Times” qəzetinin yazdığına görə, Rusiya İrandan 200-dən çox ballistik raket yükü alıb. İranın BMT-dəki missiyası iddia edir ki, İran münaqişə tərəflərinə, o cümlədən Ukraynaya silah vermir.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lavrov Qərbin Gürcüstanla bağlı planını           AÇIQLADI
Səfərbərlikdən qaçan ukraynalılar Çernobıla köçürlər
Paşinyan çevrilişdə iştirak edənləri vəzifəyə gətirdiyini      etiraf       etdi

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
İldırımzadənin işində adı hallanan qadın           intihar             edibmiş