Avqustun 22-də elm adamları Günəşdə iki güclü M sinifli partlayış qeydə alıblar.
OXU24.COM xəbər verir ki, bu barədə TASS Tətbiqi Geofizika İnstitutuna (FSBI "IPG") istinadla məlumat yayıb.
“Avqustun 22-də Bakı vaxtı ilə saat 02:08-də 3796 (S03E28) günəş ləkələri qrupunda rentgen diapazonunda 18 dəqiqə davam edən M5.1/2N partlayış aşkar edilib”, - deyə mətbuat xidməti məlumat yayıb.
Daha sonra, Bakı vaxtı ilə saat 14:39-da alimlər 15 dəqiqə davam edən M1.5 partlayışını qeydə alıblar.
Hər iki hadisənin HF radio rabitəsinin kəsilməsi ilə müşayiət olunduğu bildirilib.
Oxu24.com
ŞƏRHLƏR