Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116523
az

Meymunçiçəyinə qarşı peyvəndləmə başlayacaq

14:4422 Avqust, 2024
130
DÜNYA
  • A

Afrika Birliyinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Africa CDC) bir neçə gün ərzində Konqo Demokratik Respublikasında (KDR) və qitənin digər ölkələrində meymun çiçəyi virusuna qarşı peyvənd tədqiqatlarına başlayacağını açıqlayıb.

"Cebheinfo.az"-ın  "Africa News" internet saytına istinadən xəbərinə görə, Africa CDC bir neçə gün ərzində meymunçiçəyi hadisələrinin ən çox yayıldığı KDR başda olmaqla Afrika ölkələrində peyvənd işlərinə başlayacaq.

Avropa İttifaqının (Aİ) biotexnologiya şirkəti Bavaria Nordic ABŞ və Yaponiyanın peyvənd tədarükü mövzusunda öhdəlik götürməsinin ardından şərh edən Afrika CDC, qısa müddətdə peyvənd dozalarını alacaqlarını deyib.

Afrika CDC-nin baş direktoru Jean Kaseya da peyvəndlərin təhlükəsiz saxlanmasının və düzgün idarə edilməsinin son dərəcə vacib olduğunu bildirib.

Kaseya qeyd edib ki, vaksinlərin paylanmasını asanlaşdırmaq üçün meymunçiçəyi aşkar edilən ölkələrlə logistika və kommunikasiya strategiyaları üzərində işləyirlər.

Bu il Afrikada təqribən 19 min meymunçiçəyinə yoluxma olub ki, bunların da əksəriyyəti KDR-də görülüb.

Burundi, Mərkəzi Afrika Respublikası, Konqo, Kamerun, Qana, Liberiya, Nigeriya, Ruanda, Keniya, Fil Dişi Sahili və Cənubi Afrika virusun müşahidə olunduğu ölkələr sırasındadır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əsədin həyat yoldaşı boşanaraq Rusiyanı tərk etmək istəyir
Bu ölkədə TikTok    qadağan    edildi
"Mask heç vaxt ABŞ prezidenti ola bilməyəcək" -Tramp

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Maşınla yol kənarındakı piyadanı    vurub    öldürdü