Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116497
az

Azərbaycan nefti BAHALAŞDI

09:4022 Avqust, 2024
97
İQTİSADİYYAT
  • A

 

 

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,17 ABŞ dolları, yaxud 0,22 % artaraq 79,52 ABŞ dolları təşkil edib.

Bu barədə OXU24.COM -a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 76,05 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə ŞAD XƏBƏR: Bəzi ərzaq məhsulları UCUZLAŞACAQ -VİDEO
Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu ilə bağlı razılığa gəldi

Bu şirkət Azərbaycan bazarını tərk edir