Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116464
az

Menendez Baydendən bağışlanmasını xahiş edir

19:0121 Avqust, 2024
90
DÜNYA
  • A

Korrupsiyada təqsirli bilinən ABŞ senatoru Robert Menendes ABŞ prezidenti Co Baydendən əfv fərmanı almağa çalışır.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Daily Mail yazır.

 

Məlumatda qeyd olunur ki, Menendez uzunmüddətli həbs cəzasından azad olmaq variantlarını nəzərdən keçirir, onlardan biri də ABŞ prezidentinə müraciətdir.


Avqustun 16-da ermənipərəst mövqeyi ilə tanınan amerikalı senator müstəqil namizəd kimi seçkilərdə iştirakdan imtina etdiyini və bununla da siyasi karyerasına son qoyduğunu bəyan edib. Bundan əvvəl, iyulun 23-də o, ABŞ Konqresinin yuxarı palatasında senator vəzifəsindən istefa verib. İyulun 16-da Nyu-York məhkəməsi Menendesi rüşvətxorluq, qəsb, fırıldaqçılıq və xarici agent kimi işləmək də daxil olmaqla, 16 korrupsiya faktının hamısında təqsirli bilib. Hökm oktyabrın 29-na təyin edilib.

Menendez 20 ildən artıqdır ki, Konqresdə ən fəal ermənipərəst lobbiçilərdən biridir. Ötən il sentyabrın 23-də o, yuxarıda qeyd olunan ittihamlarla əlaqədar Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Bir neçə günə Putinlə görüşəcəyəm"
"Zurabişvilinin tələbində legitimlik yoxdur"- Nazir
Kreml Bəşər Əsədin boşanması ilə bağlı şayiələri     təkzib    etdi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi