Ukrayna ordusunun Kurska hücumu başladıqdan bu yana 31 nəfər ölüb, 143 nəfər yaralanıb.
Oxu24.com-un TASS-a istinadən məlumatına görə, bu barədə yerli Səhiyyə Xidmətindən məlumat verilib.
Yaralananlardan 79-u xəstəxanaya yerləşdirilib, onlardan 4-ü uşaqdır.
Qeyd edək ki, bir qədər əvvəl həmin hadisələr zamanı 17 nəfərin həlak olduğu, 140-dan çoxunun xəsarət aldığı bildirilmişdi. Həmin vaxt xəstəxanaya çatdırılanların sayının isə 75 nəfər olduğu açıqlanmışdı.
Oxu24.com
ŞƏRHLƏR