Avqustun 16-dan Litva Belarusda qeydiyyatda olan bütün minik avtomobillərinin ölkəyə girişini qadağan edəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Belarusun Dövlət Sərhəd Komitəsi öz Telegram kanalında məlumat yayıb.
“İstisnasız: avqustun 16-dan Belarusda qeydiyyatda olan bütün minik avtomobilləri üçün Litvaya giriş qadağandır”, - nəşr yazır.
Sərhəd komitəsi əlavə edib ki, qadağa sahibinin və ya sürücüsünün vətəndaşlığından asılı olmayaraq minik avtomobillərinə şamil olunacaq.
Onlar xatırladıblar ki, iyulun 18-də Belarusda qeydiyyatda olan minik avtomobillərinin Litvaya girişinə qoyulan məhdudiyyət satış üçün nəzərdə tutulmayan avtomobillərə, habelə etibarlı vizası və ya müvəqqəti icazəsi olan Belarus vətəndaşlarına məxsus avtomobillərə şamil edilməyib.
Bundan əvvəl Litva Müdafiə Nazirliyinin mətbuat xidməti Litvanın Belarusla sərhəddə yerləşən Şalçininki rayonunda alman əsgərlərindən ibarət briqada üçün hərbi düşərgə tikəcəyini bildirmişdi.
Bundan əvvəl Lukaşenko Belarusun dövlət sərhədində təxribatların qarşısını almağa hazır olduğunu bəyan edib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR