Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116034
az

Şəkidə silah və narkotik vasitələr satan şəxslər SAXLANILDI

12:2714 Avqust, 2024
54
KRİMİNAL
  • A

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursat saxlayan, narkotik vasitələrin satışı və əkini ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlərlə rayon sakini, 33 yaşlı Elvin Hüseynzadə saxlanılıb. Onun idarə etdiyi avtomobildən “Kalaşnikov” avtomatı, daraq və 29 ədəd patron, eləcə də narkotik vasitə marixuana aşkarlanıb. Saxlanılan şəxs odlu silahı satmaq məqsədilə nəqliyyat vasitəsində daşıdığını bildirib.

Keçirilən digər əməliyyat zamanı isə narkotiklərin satışı ilə məşğul olan, əvvəllər də analoji əmələ görə dəfələrlə məhkum olunmuş Mirseyid Ağababayev saxlanılıb. Ondan 2 kiloqram marixuana və kultivasiya edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

34 yaşlı qadını dəhrə ilə ağır yaraladı
Keçmiş məhkum 15 min manatlıq dələduzluq etdi
Şəkidə çətənə əkən şəxslər saxlanıldı - FOTOLAR

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
34 yaşlı qadını dəhrə ilə ağır yaraladı