Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115432
az

Venesuela BRİKS-ə ölkədə neft və qaz hasil etməyə icazə verə bilər

11:5403 Avqust, 2024
117
DÜNYA
  • A

Venesuela BRİKS ölkələrinə ölkədə neft və qazın işlənməsinə icazə verə bilər.

Oxu24.com  xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro mətbuat konfransında bildirib.

“Əgər şimaldakı bütün bu insanlar və onların dünyadakı tərəfdaşları həyatlarının səhvinə yol versələr, o zaman artıq imzalanmış bütün  neft və qaz sahələri BRİKS üzrə müttəfiqlərimizə gedəcək”,-deyə  o  bildirib.

Venesuela prezidentinin sözlərinə görə, Karakas BRİKS ölkələrinin bazarlarını “hədəfləyir”, çünki dövlət iqtisadiyyatın ixrac modelini inkişaf etdirməyə çalışır. Maduro əlavə edib ki, BRİKS münasib qiymətlərlə təhlükəsiz bazardır.

Venesuelanın neft və qaz sektoruna ən böyük pul investisiyaları BRİKS ölkələrindən gəlir, Maduro qeyd edib.

Fevral ayında Maduro Venesuelanın tezliklə BRİKS-ə üzv olacağını açıqlamışdı. Onun sözlərinə görə, “BRİKS ilə yeni dünya” “köhnə müstəmləkə dünyasını müharibələr, müdaxilələr, soyqırımlar və üstünlüklər kompleksi” ilə əvəz edir. Dövlət başçısı qeyd edib ki, bu “yeni dünya artıq mövcuddur və dönməzdir”.

22-24 avqust 2023-cü il tarixlərində Yohannesburqda keçirilən BRİKS sammitində Argentina, İran, Efiopiya, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin 2024-cü il yanvarın 1-dən təşkilata qoşulması qərara alınıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp general-leytenantı Ukrayna üzrə xüsusi elçi təyin etdi
Qasırğa İngiltərədə nəqliyyatı iflic etdi
Polşa avrodan imtina edir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı