Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11442
az

Bakıda turistin başına oyun açdılar: Evinə girib...

11:3330 Mart, 2019
521
KRİMİNAL
  • A
 
Bakıda kirayədə yaşayan əcnəbi vətəndaş qarət edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Səbail Rayol Polis İdarəsinin 9-cu Polis bölməsinə müraciət edən əcnəbi vətəndaş M.Ə.Rəsulzadə küçəsində kirayədə yaşadığı mənzildən 2500 manat, 500 avro və 12000 manat dəyərində qızıl-zinət əşyaları, habelə içərisində sənədlər və 400 avro olan kiçik həcmli seyfin oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, bu cinayət əməlini törədən şəxslər qısa müddətdə polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Baş Cinayət Axtarışı İdarəsi və 9-cu Polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Quba rayon sakinləri, əvvəllər məhkum olunmuş C.Abdullayev və L.Şıxəliyeva saxlanılıblar.

Araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu
Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü