Suriya prezidenti Bəşər Əsəd bu görüş ölkəsinin maraqlarına cavab verərsə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşməyə hazır olduğunu bildirib.
Oxu24.com xəbər verir ki, "əgər görüş ölkənin maraqlarına uyğun olarsa, mən onu keçirəcəyəm", - Əsəd jurnalistlərə deyib.
Bundan əvvəl Ərdoğan Türkiyənin daxili işlər naziri Hakan Fidana iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsinin hazırlanmasını tapşırdığını bildirib.
Yada salaq ki, hər iki tərəf dəfələrlə dialoqa hazır olduqlarını bəyan ediblər, lakin onların şərtləri fərqlidir. Suriya geosiyasi vəziyyətin 2011-ci ildən əvvəlki reallıqlara qaytarılmasını tələb edir.
Bundan əvvəl Rusiya vəziyyətlə bağlı yol xəritəsi layihəsini təqdim edib. Bu halda hər bir tərəfin öz mülahizəsinə uyğun düzəlişlər etmək hüququ var. Ərdoğan Əsədlə görüşdə Rusiya prezidenti Vladimir Putinin də iştirak edə biləcəyini istisna etməyib.
Miri
Oxu24.com
ŞƏRHLƏR