Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114398
az

Kreml Putinin təhlükəsizliyini gücləndirir

20:5815 İyul, 2024
136
DÜNYA
  • A

Kreml ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd və Slovakiyanın baş naziri Robert Fikonun həyatına sui-qəsd cəhdindən sonra prezident Vladimir Putinin təhlükəsizliyinin gücləndirilməsini zəruri hesab etmir.

 

Oxu24.com xəbər verir  ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov son hadisələr fonunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin mümkünlüyü ilə bağlı sualı belə cavablandırıb.


“Təhlükəsizlik, başa düşdüyünüz kimi, qeyd etdiyiniz hadisələrdən asılı olmayaraq, məlum səbəblərə görə gücləndirilib. Yalnız bir daha təkrar edə bilərik ki, dövlət başçısının təhlükəsizliyi lazımi səviyyədə təmin olunub”, - Peskov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə “görülməsi lazım olan hər şey edilir”. Eyni zamanda, mətbuat katibi aydınlıq gətirdi ki, kəşfiyyat xidmətləri “ümumilikdə gərginliyin” artmasını nəzərə alır.

İyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində ABŞ-ın keçmiş prezidenti Donald Trampın mitinqdə çıxışı zamanı onun həyatına qəsd olub. Siyasətçi sağ qulağından yaralanıb, tamaşaçılar arasında isə bir nəfər ölüb. 20 yaşlı atıcı Tomas Metyu Kruks yerindəcə öldürülüb.

 

Nigar

 

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Panama kanalının ABŞ bayrağı ilə çəkilmiş fotosunu yayımlayıb
Gürcüstan prezidenti hakim partiyanı “rejimin süqutu” ilə hədələyib
Kreml Səudiyyə Ərəbistanının BRİKS-ə qoşulmasına fasilə verdiyini bildirib

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi