Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114131
az

Azərbaycan çempionu xəstəxanaya yerləşdirildi

22:3710 İyul, 2024
148
CƏMİYYƏT
  • A

Bodibildinq üzrə dəfələrlə Azərbaycan çempionu olmuş idmançı Şükran Soltanov əzələsində yırtılma səbəbi ilə əməliyyat olunub.

OXU24.COM  bildirir ki, bu barədə Oxu.az-a idmançının özü məlumat verib.

Şükran Soltanovun sözlərinə görə, hazırda səhhəti yaxşıdır:

"Əslində zədəm Avropa çempionatı zamanı yaranmışdı. Buna baxmayaraq, çempion olmuşdum. Daha sonra yaranı müalicə etsəm də, xeyri olmamışdı. Buna görə də beş saat çəkən əməliyyata girməli oldum. Hazırda özümü yaxşı hiss edirəm, lakin həkimlər minimum yeddi həftə məşq edə bilməyəcəyimi deyirlər. İki-üç gün xəstəxanada qaldıqdan sonra evə buraxılacağam".

Qeyd edək ki, Şükran Soltanov İspaniyanın Barselona şəhərində keçirilmiş bodibildinq üzrə Avropa çempionatının qızıl medalına sahib çıxıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Araz çayı üzərindəki körpünün tikintisi nə vaxt tamamlanacaq?
Azərbaycanda xəstəlik tüğyan edir: Qapanmaya gedilir?
Bakıda polisin tapdığı 10 min manat onun imiş... - Foto