Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113997
az

Kreml NATO sammitini yaxından izləyəcəyini bildirib

18:5809 İyul, 2024
110
DÜNYA
  • A

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva NATO sammitini diqqətlə izləyəcək, çünki alyans Rusiya Federasiyasını özünün düşməni hesab edir və Ukrayna münaqişəsində iştirak edir.

 

“Biz zirvə toplantısının gedişatını mümkün qədər yaxından izləyəcəyik. Şimali Atlantika Alyansı Rusiyanı düşmən hesab edən ittifaqdır, Ukrayna münaqişəsində birbaşa iştirak edən alyansdır. Biz ritorikanı, danışıqları və kağız üzərində qəbul ediləcək qərarları izləyəcəyik”, - Kreml nümayəndəsi brifinq zamanı bildirib.

 

NATO sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.

 

İyulun 5-də NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, sammitdə alyansın hava və raketdən müdafiə sistemlərinin gücləndirilməsi ilə bağlı qərarın qəbul edilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu, Polşada AEGIS Ashore raket sisteminin yeni bazasına da təsir edəcək.

 

Həmçinin, Ağ Evin yüksək rütbəli rəsmisi bildirib ki, ABŞ Vaşinqtonda keçiriləcək NATO sammitində Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün yeni tədbirləri elan etməyi planlaşdırır.

 

Qeyd edək ki, bir müddət əvvəl ABŞ NATO sammitində Bayden və Zelenski arasında görüş keçirəcəyini açıqlamışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suriya hava məkanı İran     təyyarələrinə     bağlandı
İstanbul aeroportunda maraqlı hadisə- Video
Əsədin həyat yoldaşı boşanaraq Rusiyanı tərk etmək istəyir

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
TƏBİB-in 131    əməkdaşı    cəzalandırılıb
“Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur”