Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113972
az

ÜST-dən kosmetik məhsullarla bağlı XƏBƏRDARLIQ

09:5009 İyul, 2024
158
CƏMİYYƏT
  • A

Kosmetik məhsullardakı "talk" mineralının xərçəngə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

OXU24.COM  xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) kosmetik məhsullarda tapılan "talk" mineralının "insanlarda xərçəngə səbəb ola biləcək mümkün kanserogen" kimi təsnif edildiyini açıqlayıb.

IARC-dən verilən açıqlamada 29 tədqiqatçının kosmetik məhsullarda tapılan "talk"la bağlı elmi araşdırmaları təhlil etdiyi bildirilib.
Mədənlərdə və kağız sənayesində işləyənlərin, eləcə də kosmetik məhsullardan istifadə edənlərin "talk" mineralına məruz qaldığı ifadə edilib.
Tərkibində "talk" olan bədən kirşanını anal nahiyədə istifadə edən qadınlarda yumurtalıq xərçəngi hallarının davamlı olaraq artdığı vurğulanıb.
Açıqlamada "talk"ın "Qrup 2A kanserogen maddəsi olaraq təsnif edildiyi və mineralın sınaq heyvanlarında xərçəngə səbəb olduğuna dair "kifayət qədər sübut" olduğu qeyd edilib.

IARC-nin tapıntıları "The Lancet Oncology" jurnalında dərc olunan məqalədə yer alıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Araz çayı üzərindəki körpünün tikintisi nə vaxt tamamlanacaq?
Azərbaycanda xəstəlik tüğyan edir: Qapanmaya gedilir?
Bakıda polisin tapdığı 10 min manat onun imiş... - Foto