İsveçin “Evolution” oyun tərtibatçısı şirkətinin Gürcüstandakı müəssisəsinin 5 min əməkdaşı iyulun 12-nə tətil elan edib.
OXU24.COM xəbər verir ki, bu barədə Gürcüstanın “OC Media” saytı məlumat yayıb.
Bildirilir ki, şirkət əməkdaşları daha yaxşı iş şəraiti və yüksək maaş tələb edirlər.
“Biz az sayda əməkdaşımızı təmsil edən yerli həmkarlar ittifaqı, habelə hökumət tərəfindən təyin edilmiş vasitəçilər ilə konstruktiv dialoqu başa çatdırdıq. Təəssüf ki, razılığa gəlmədik”, - şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Karl Linton deyib.
Oxu24.com
ŞƏRHLƏR