Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113928
az

Fiko işə qayıtdı

18:3508 İyul, 2024
175
DÜNYA
  • A

Mayın 15-də sui-qəsd nəticəsində öldürülən Slovakiyanın baş naziri Robert Fiko öz işinə qayıdıb.

 

Oxu24.com xəbər verir ki, bu barədə Slovakiya televiziyası məlumat yayıb.


Fiko Slovakiyanın qərbindəki Trnava şəhəri yaxınlığındakı Slovenska Nova Ves kəndindəki Agro Voderady kənd təsərrüfatı birliyinə baş çəkdi. Baş nazir məhsul yığımının gedişatını nəzərdən keçirib və 2024-cü ildə bunun əvvəlki illərlə müqayisədə daha az olacağını bildirib.

 

"İqlim dəyişikliyi bir reallıq kimi qəbul edilməlidir", deyə Fiko  bildirib.

 

Fiko ilk dəfə ötən cümə günü ictimai tədbirdə iştirak edib.

 

Bu, respublikanın dövlət bayramı - Müqəddəs Kiril və Methodius Gününə təsadüf etdi. O, Bratislavanın ətrafı olan Devin şəhərində qısa nitq söyləyib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp bütün dövlət qurumlarında bu şöbəni BAĞLADI
Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda
İranla Azərbaycan arasında mühüm razılaşmalar əldə olundu