Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113431
az

DİQQƏT! Bədəndə qaşınma varsa, bu xəstəliyin xəbərçisidir

13:2430 İyun, 2024
262
OXU24 TV
  • A

İnsan orqanizmində dəri örtüyü bir çox funksiyaları yerinə yetirir. Bununla yanaşı bəzi xəstəliklər zamanı öz reaksiyasını qaşınma hissiyyatı ilə büruzə verir. Bəzi hallarda daxili xəstəliklərlə əlaqədar olaraq bədənin hansısa hissəsində qaşınma hissi yaranır.

 

O, xəstələrdə həmişə narahatlıq hissi yaradır. “Orqanizmdə bir neçə sinir ucluqları var və onların həyata keçirdikləri funksiyalar müxtəlifdir. Bəzi sinir ucluqları ağrılar haqqında xəbərdarlıq edərək məlumatlandırır, bəziləri dərinin müəyyən hissələrində gicişmə-qaşınma yaradır. Sinir sistemi çox mürəkkəb strukturdur və hər qıcığa ayrılıqda reaksiya verir. Mütəxəssislər onun səbəblərini araşdırmaq üçün bir sıra tədqiqatlar apararaq xüsusi texnologiyalar vasitəsilə qaşınma zamanı beynin aktivlik səviyyəsini ölçməyə nail olublar. Məlum olub ki, qaşınma zamanı beyində mənfi emosiyalar formalaşdıran hissələrin aktivlik səviyyəsi minimuma enir, yəni sinir sistemi qəsdən süni qaşınma yaratmaqla yığılmış mənfi emosiyanı azad edir. Qaşınma tez-tez rast gəlinən şikayətlərdən biridir və müxtəlif səbəblər üzündən meydana çıxır. Həmin səbəblərə allergiyadan tutmuş daxili orqanların xəstəliklərinə qədər geniş bir siyahı daxildir. Qaşınan dəri normal, qızartılı və ya səpgili ola bilər. Qaşınma bütün bədəndə və ya yalnız müəyyən nahiyədə olur. İlk növbədə, onun səbəbinin müəyyən edilməsi vacib məsələdir. Həmin səbəblər sırasına həşərat sancmaları, dərinin quruluğu, səpgilər, bəzi sabun növləri, kimyəvi maddələr, uşaq infeksiyaları, dərman və qidanın törətdiyi allergiya, səthi dəri infeksiyaları, atopik dermatit, hamiləlik, öd yollarınn obstruksiyaları, böyrək xəstəlikləri, dəmir defisitli anemiya, parazitlər, psoriaz, seborik dermatit, bəzi dərmanlar və əsəb pozuntuları daxildir”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Dəhşətli partlayış kameraya düşdü

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ