Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113386
az

Çimərliyə hansı saatlarda getmək məsləhətdir?

21:3228 İyun, 2024
150
SİYASƏT
  • A

"Çimərliyə getmək üçün ən optimal vaxt səhər 8:00-11:00 arası və saat 17:00-dan sonradır".

OXU24.COM  bildirir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova açıqlayıb.

Onun sözlərinə görə, 11:00-16:00 aralığında uşaqları günəş altında saxlamaq ziyandır:

"Bu saatlarda günəş radiasiyasının ən ekstremal təhlükəli vaxtıdır. Məhz bu zaman intervalında uşaqlarda günəş yanıqları, günvurma halları baş verir. Uşaq orqanizminin möhkəmləndirilməsi üçün yayda günəş vannasından istifadənin müəyyən qaydalarına riayət etmək lazımdır.

Pediatr qeyd edib ki, orqanizmin normal funksiyası və yuxu rejiminin tənzimlənməsində D vitamini müxtəlif hormonların sintezi üçün çox vacibdir:

"Onun təsiri nəticəsində qan dövranı, maddələr mübadiləsi yaxşılaşır, immunitet möhkəmlənir. Həmçinin, antidepressant və antibakterial xüsusiyyətlərə də malikdir".

Nuranə Hüseynova bildirib ki, müsbət cəhətləri ilə yanaşı, günəş şüalarının insan orqanizminə mənfi təsirləri də var.

"İsti havalarda uşaqların geyiminə də diqqət yetirmək mütləqdir. Günəş şüasını udan tünd rəngli paltarlardan istifadə tövsiyə olunmur. Məqsədəuyğundur ki, əsasən günəş şüalarını əks etdirən açıq rəngli, yaşıl rəngli geyimlərə üstünlük verilsin. Həmçinin, dairəsi çiyinləri örtəcək ölçüdə papaqlardan istifadə olunmalıdır", - N.Hüseynova qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polşa Macarıstandakı səfiri geri çağırdı: "Bunu qeyri-dostluq aktı hesab edirik"
Ərdoğan: "Türkiyə-İran əlaqələri regional sabitliyin təməlidir"
ABŞ Rusiya nüvə silahı ilə HƏDƏLƏDİ: "Əlavə addımlar atmağa hazırıq"

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ