Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113310
az

Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”

12:5728 İyun, 2024
467
ÖZƏL BÖLÜM
  • A

Burada zibili 5-6 km uzağa aparıb atırlar  

Sumqayıtın “Qurd dərəsi” adlanan yaşayış massivinə ilk dəfə  düşən olan adama elə gələ bilər ki,bura hanısa ucqar bir dağ rayonudur.

Hətta Azərbaycanın ən ucar rayonunda belə burdakı qədər sosial probleblər və ən əsası isə yolsuzluq problemi yoxdur.

Halbuki Afrikanın gecəqondusunu xatırladan bu yaşayış massivi  Sumqayıtın cəmi 2-3 kilometrliyində yerləşir.

Şəhərin 18-mikrorayonundan “Qurd dərəsi”nin girişinə-Saray körpüsünə qədər  məsafə 2 km, ən uzaq yerinə isə 6 km-dir, amma bu ərazini yaddan çıxmış yer saymaq olar.
“Qurd dərəsi” bağları, Saray bağlar massivi, Sumqayıt bağları və ya sadəcə “bağlar” kimi də  adlanan və Sumqayıt şəhər inzibati ərazisinə daxil olan  ərazidə Sumqayıt bələdiyyəsinin, Sumqayıt İcra Hakimiyyətinin,nə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti ümumiyyətlə  bilinmir.

Ümumiyyətlə  ərazidə 10 mindən çox insan yaşasa da, bura ayrıca yaşayış massivi, qəsəbə-filan kimi rəsmi status almadığından burada heç bir rəsmi dövlət strukturu yoxdur.
Təsəvvür edin ki, burda hətta küçələr də, , ünvanlar da “17-nin yolu,(marşrutun yolu)”6 ilə 7”-nin arası “3-cü”,”7-ci dayanacağın yolu”  və ya hətta “Türkün evi” kimi gedir,tanınır.
Maraqlı da olsa küçələrə camaat  özü ad qoyur burda öz  fikrinə görə…
Təsəvvür edin ki, böyük bir yaşayış massividir, amma nə xəstəxana, aptek, nə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, nə bazar, nə iri market, nə Kommunal Xidmət idarəsi, nə bələdiyyə, nə icra nümayəndəliyi, nə küçə işıqlandırması , nə də əksər yerdə kanalizasiya sistemi var. Burada hətta zibil konteyneri belə yoxdur. Bu səbəbdən bəziləri hətta, zibilini Sumqayıta aparıb atır maşınla, ya da yandırırlar,yaxud da kim pul verir, zibil maşını onun torbada qoyduğu zibilini müəyyən vaxtlarda gəlib aparır.
 “Azərsu” burada yalnız su pulu yığır. Suyu  sakinlər öz vəsaitləri hesabına (1000 manata başa gəlir) plastik  borularla birtəhər  əldə edir. Sakinlər qaz və işığın da çətinliklə evlərinə çəkilməsinə nail olur. Bundan başqa  yaşayış yeri rəsmi status almadığından burada yaşayanların qeydiyyat problem var. Torpaqların sənədi olsa da sakinlər qeydiyyata düşə bilmir. Buna görə də çoxları ayrı-ayrı yerlərə qeydiyyatdadır ki, bu da onlara işlərində problemlər yaradır.
Dövlət idarələrindən burada (məktəbi saymasaq) yalnız  bir müddət əvvəl istifadəyə verilən polis idarəsi mövcuddur.
Bir sözlə ərazidə infrastruktur konkret yoxdur.
Demək olar ki,bəs yaşayış yeri Sumqayıta yaxındır və sakinlər Sumqayıt şəhərinin xidmətlərindən istifadə edə bilərlər. Amma iş orasındadır ki, buranın ən böyük problemi yol problemi olduğundan Sumqayıta gedib-gəlmək hətta şəxsi maşınla da çətindir.İctimai nəqliyyat isə çox bərbad vəziyyətdədir.
Belə ki, Sumqayıtın bazarından bura və 
əks istiqamətə 4 marşrut işləyir: təxminən yarım saatdan bir,bəzi yerlərdən isə 1 saatdan bir  17, 17a , 27,18, 16-19  nömrəli marşrut avtobusları işləyir.
Bazar günləri isə interval lap çox olur.  
Bağ avtobusları köhnə model PAZ-lardan  ibarətdir bu avtobuslarının  hələ də bu ərazidə istifadəsinə səbəb  yolların  çox  bərbad olmasıdır. “PAZ” sürücüləri deyir ki, ki, burada  təzə avtobuslar tez sıradan çıxır və  “Qurd dərəsi”nin yollarına ancaq sovet marşrutları tab gətirir.
Bu marşrutlardan ən əsas olan 17, 17a-nın yolu lap bərbaddır. Nisbətən yaxşı yolu olan 18 nömrəli marşrutun yoludur.
Hər marşrutun da 4-5 ,3-4 avtobusu var,amma deyildiyi kimi marşrutlar köhnə və yol da pis olduğundan bu insanların tələbatını ödəmirlər.
Sakinlər deyir ki, əgər marşrut sahiblərinin Pavlov avtomobil zavodunun avtobuslarına belə “sadiqliyi” varsa heç olmasa bu zavodun təzə modellərinə alıb gətirsinlər.
Üstəlik sakinlər yola xeyli vaxt itirirlər. Aydındır ki,bu avtobuslarda dayanacaq-zad söhbəti yoxdur. Harda saxlatdın avtobusu orda dayanır. Bu avtobuslarda sakinlər evə çatana qədər xeyli əziyyət çəkir. (sakinlər hətta zarafatca deyir ki, bu marşrut müalicəvidir, böyrək  daşlarını salır) və heç bir komfortu olmayan bu marşrut avtobusu 5-6 kilometrlik yolu təxminən 1 saata çatır. Halbuki, “Qurd dərəsi”nə normal yol çəkilsə, minlərlə sakin hər gün köhnə “PAZ”larla yox, müasir avtobuslarla uzağı 10 dəqiqəyə bu yaşayış məkanına rahat gedib-gələ bilər.

Təbii ki,bu avtobusların nə kondisoneri , nə qızdırıcısı olmadığından yayda sərnişinlər dəhşət istidən,qışda isə soyuqdan əziyyət çəkirlər.
Ona görə əgər birdən allah eləməsin gecə ilə kiminsə halı pisləşsə onu şəhərə -xəstəxanaya  gərək öz maşınınla aparasan. Başqa çarə yoxdur.
Sakinlər çox vaxt öz vəsaiti hesabına yola daş, çınqıl, doğranmış şlak töküb  onu düzəldirlər. Arada yolun hanısa hissəsinə asfalt çəkilir ki, onu da hanısa imkanlı şəxs edir. Təbii ki, bu cür “təmir” də çox çəkmir. Yağışlı günlərdə, qışda isə buranın yolları gölməçələrin, palçığın əlindən lap keçilməz olur. Həm əsas, həm də evlərarası yolların bərbad olması  burada yaşayan sakinlərə çox əziyyət verir. Bu səbəbdən taksilər də bura gəlməkdən çox vaxt imtina edir.
Yolsuzluq problem olan və bu yer 90-cı illəri xatırladır. 

 

 

Bu səbəbdən keçmişə səyahət etmək istəyən  Sumqayıtdan çıxan “Zaman maşınına” “Paz”lara minə bilər.

Hətta burda itmiş dünya və parallel dünyanı da görmək olar.
Keçmiş zamanlardan kino çəkmək istəyənlər rahatca heç bir xərc çəkmədən buranı seçə bilərlər.Burda nostalji kadrların çəkilməsi üçün hər bir təbii şərait var.
Qeyd etmək lazımdır ki, “Qurd dərəsi”nin nəqliyyat,yolsuzluq ,sosial problemləri  dəfələrlə mətbuatda işıqlanıb, bu barədə ,çox yazılıb, amma heç bir tədbir görülməyib.
Amma ümid edək ki,əlaqədar qurumlar bu yerə də asfalt yol çəkiləcək, avtobuslar yeniləcək və “Qurd dərəsi”ndə yaşayan insanlar nəqliyyat  problemindən axır ki, qurtulacaqlar.
 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu