Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113074
az

Çaylarda daşqın və sel təhlükəsi ilə bağlı xəbərdarlıq...

20:3225 İyun, 2024
68
CƏMİYYƏT
  • A

İyunun 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 27-si axşamadək gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı gözlənilir.

OXU24.COM  xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətının Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O qeyd edib kı, yağıntıların intensiv və güclü olacağı ilə əlaqədar Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Asif Verdiyev sel təhlükəsi olan Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan çaylarda baş verə biləcək daşqınla əlaqədar həmin ərazilərdə çayların sahilində yaşayan və orada istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib.

O vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda eyni zamanda, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib.

"Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi gözləniləndir. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürəyi yayın istisindən qorumağın yolları
Bel ağrılarını aradan qaldırmağın sadə üsulu
İtirilmiş sivilizasiyanın qalıqları tapıldı - 4000 illik MÖCÜZƏ

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat