Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113047
az

Macarıstan Rusiyanın aktivlərinə həbs qoyulmasının əleyhinədir

19:2325 İyun, 2024
102
DÜNYA
  • A

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, onun ölkəsi Avropa İttifaqının Ukraynaya 1,4 milyard avro hərbi yardım ayırmaq qərarına etiraz etmək niyyətindədir.

Söhbət Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən gələcək vəsaitlərdən gedir.

 

Oxu24.com  HVG.hu-ya istinadən  xəbər verir ki, Szijarto bu barədə bazar ertəsi, iyunun 24-də Lüksemburqda mətbuat konfransı zamanı bildirib.


Onun sözlərinə görə, Avropa İttifaqı bu qərarı verməklə “qırmızı xətti keçib və Avropa İttifaqının fəaliyyəti üçün uzunmüddətli risk yaradır”.

 

Siyasətçi qeyd edib ki, Budapeşt bunu istəmir və yekdil qərarın verilməsi zəruridir.

 

O bildirib ki, Budapeşt onlara müraciət etmək üçün hüquqi imkanları öyrənir.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp bütün dövlət qurumlarında bu şöbəni BAĞLADI
Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda
İranla Azərbaycan arasında mühüm razılaşmalar əldə olundu