Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113
az

Sürücülər bir-birlərini cəzalandırır - ŞOK ARAŞDIRMA

22:3330 Mart, 2018
1456
OXU24 TV
  • A
    Space Tv-nin araşdırmalı verilişi olan "Olar? Olmaz!"-ın dünənki buraxılışı böyük səs-küyə səbəb olub. Belə ki, aparıcı Amil Xəlil sürücünün digər sürücünü "cəzalandırmasından" görüntülər tamaşaçılara təqdim edib. Qarşı yola çıxan sürücünün qarşısını kəsərək metrələrlə geri çəkilməsini tələb edən sürücülərin görüntüləri izləyənləri özündən çıxardıb. Kimisi "cəzalandıran" sürücünün səhv etdiyini, polisin işini görməyə səlahiyyətinin çatmadığını qeyd etsədə, kimisidə bu cür "qanunları" düzgün adlandırıb. Daha sonra Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov da verilişdə iştirak edib. O, bu cür halların düzgün olmadığını, cəzanı və cərməni polis tərəfindən verilməsinin vacib olduğunu qeyd edib. Space-in efirində yayımlan "Siqnal" verilişi də, mövzuya mövqeyini bildirib. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev sürücünün digər sürücünü "cəzalandırması" heç bir qanun və qaydaya uyğun olmadığını vurğulayıb : "Bəlkə kiminsə maşınında xəstə var, uşaq var, Əgər sən o görüntüləri çəkimisənsə göndər DYP-nə biz lazımı addımları atacayıq. Amma bunu çəkib, sosial şəbəkəyə yerləşdirmək isə.." Aparıcı Amil Xəlildə verilişdən dərhal sonra şəxsi sosial hesabında status paylaşıb. "Veriliş həmişəki kimi böyük müzakirəyə səbəb oldu. Mövzu sürücünün digər sürücünü "cəzalandırması" idi. Deməli ancaq "nol 7" "nol 6" sürən sürücülərin görüntüləri var - sosial mediada. Niyə bir Hammer, Leksus, Porşenin və digər bahalı avtomobillərin görüntüləri yoxdu? Gücü 06 -ya çatan düşüb ortaya ki, yaxşı edirik. Edin .. Sizə heçnə demirik. Qaldı ki qayda pozanlara.. Hər kəs kimi qınayıram. Amma ağsaqqalları qorxudub,çəkib sosial mediada yayıb biabr etməkdənsə göndərin YPX-nə qoy cəzasın, cərməsin onlar yazsın. Bu mənim subyektiv fikrimdir. Əsasda Allahdan qorxun! Allah qorxusu olmayanlar isə nə ağsaqqal nə də ağbirçək bilər!!!"
Vaqif Əsədov da, bu cür halları özbaşınalıq adlandırıb. Daha sonra verilişdə son zamanlar sürücülərin "cəzalandırma" videoları yayımlanıb və şərh olunub. Amil Xəlilin şərhi isə verilişə nöqtə qoyub: "Bir zamanlar yolda YPX-nin əməkdaşlarını görən sürüclər, qarşıdan gələn sürücüyə işıqla xəbər edər, və radara düşməməsi üçün xəbər verərdilər. Niyə indi özlərini xəbərə çevirdilər? Sükan əllərində ola-ola yollarını niyə dəyişdilərt?
Qalmaqllı verilişi sizə təqdim edirik...
  •  
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhmədin öldürdüyü bacısının əri kim imiş? - VİDEO
Məktəbli qızı belə oğurladılar - ANBAAN  VİDEO
Baş Prokuror İsmət Qayıbovun müəmmalı ölümü: Günahkar kimdir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ