Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112936
az

Hərbi Prokurorluqda qazilərlə görüş keçirildi- Fotolar

17:4024 İyun, 2024
138
CƏMİYYƏT
  • A

İyunun 24-də Silahlı Qüvvələr Günü münasibətilə Hərbi Prokurorluqda ictimaiyyət nümayəndələrinin iştirakı ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin,Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş hərbi qulluqçuları, o cümlədən qazilər və 17 nəfər Vətən müharibəsi qəhrəmanı ilə görüş keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, Baş prokurorun müavini–Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev iştirakçıları, bütün qaziləri və şəhid ailələrini Silahlı Qüvvələr günü münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.

Hərbi prokuror bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin müdrik siyasətini zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin elmi bilikləri, dərin düşüncəsi, uzaqgörən siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində dünyada baş verən neqativ proseslərə, o cümlədən postpandemiya dövrünə, eləcə də müharibədən çıxmış ölkə olmağımıza rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev vurğulayıb ki, ölkəmizin sürətli tərəqqisinə və qazanılan ardıcıl uğurlara, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsinə Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və zəngin fəaliyyəti mühüm töhfələr verir.

Hərbi prokuror Xanlar Vəliyev deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində son illər Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla zənginləşdirilib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılıb, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığının yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb.

Xatırladılıb ki, qeyd edilənlər hərbi uğurlarımızı şərtləndirib və nəticədə düşmənin 2020-ci il sentyabrın 27-dən başlayaraq törətdikləri növbəti təxribatlarının qarşısının alınması, eləcə də antiterror əməliyyatları zamanı gedən döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini, hərbçilərimiz isə peşəkarlığını və yüksək döyüş hazırlığını əyani şəkildə sübut edib və zəfərlərimiz təmin olunub.

Vətən müharibəsindən, qazanılan möhtəşəm qələbədən bəhs edən Xanlar Vəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşlarının xidməti vəzifələrini layiqincə icra etmələrindən danışaraq qazanılan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini vurğulayıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev diqqətə çatdırıb ki, sentyabrda uğurla həyata keçirilən antiterror əməliyyatları bir daha təsdiq etdi ki, “Dəmir yumruq” yerindədir, istənilən təxribatın qarşısını qətiyyətlə almağa və düşmənin “başını əzməyə” qadirdir.

Millətinə xidməti həyat amalına çevirmiş dövlət başçısı İlham Əliyevin xalq qarşısında verdiyi vədləri əməlləri ilə hər zaman doğrultduğunu xüsusi vurğulayan Hərbi prokuror Xanlar Vəliyev əlavə edib ki, dövlət başçısı hərbi və siyasi-diplomatik yolla ölkəmizin əzəli ərazilərini işğaldan azad etməklə, növbəti vədini də yerinə yetirib.

Qeyd edib ki, dövlət başçısının müstəsna fəaliyyəti digər dövlət başçılarına örnəkdir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan və Türkiyə arasında regional ticarətin davamlılığı müzakirə edildi
İcra başçısının oğlu yarım milyonluq maşınına bu nömrəni aldı (FOTOLAR)
Vitse-Spikerin köməkçisi hakimTƏYİN EDİLDİ

Kardaşyan 30 min dollara robot aldı

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı