Türkiyənin Manisa vilayətinin Salihli rayonunda meşəlik ərazi yanır.
OXU24.COM xəbər verir ki, yanğına xilasetmə qüvvələri tərəfindən havadan və qurudan müdaxilə edilsə də külək alovların güclənməsinə səbəb olub.
Bu səbəbdən hazırda ehtiyat tədbiri olaraq iki məhəllədən əhali təxliyə edilir. Belə ki, Dibek dağının ətəyində küləyin təsiri ilə sürətlə yayılan yanğın Yağbasan və Karasavcı məhəllələrinə doğru istiqamətlənib. Ümumilikdə 430 nəfərin yaşadığı iki məhəllə də boşaldılıb.
Bildirilir ki, yanğının söndürülməsi işlərinə 5 təyyarə, 4 helikopter, 12 suçiləyici, 2 su təchizatı maşını və 3 buldozer cəlb olunub,
O da qeyd olunub ki, yanğına müdaxilə edən iki işçi tüstüdən zəhərlənib və yerində ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.
Oxu24.com
ŞƏRHLƏR