Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112755
az

Kapital Bank-ın dəstəyi ilə “Bakı Yayı-2024” turniri keçirilib

18:2121 İyun, 2024
83
CƏMİYYƏT
  • A

Ölkənin birinci bankı Kapital Bank-ın Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində “Bakı Yayı-2024” intellektual oyunlar kuboku baş tutub. 6-11-ci sinif şagirdlərinin iştirak etdiyi yarışma “Nə? Harada? Nə zaman?” və “Breyn Rinq” formatında keçirilən intellektual oyunları əhatə edib. Yarışmada respublika çempionatını uğurla başa vurmuş, Bakı və Sumqayıt şəhərlərini təmsil edən 16 ən yaxşı komanda mübarizə aparıb.

İntellektualların gərgin mübarizəsində Sumqayıt şəhərini təmsil edən “Dahilər” komandası “Nə? Harada? Nə zaman?”, Bakı şəhərini təmsil edən “Zəkalar Sr” komandası isə “Breyn Rinq” oyunu üzrə birincilik əldə edib. Zəkalar Sr” komandası eyni zamanda “Bakı yayı-2024” intellektual oyunlar üzrə də yarışın ümumi qalibi adına layiq görülüb. 

Sonda yarışın qalibləri və iştirakçıları kubok, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. 

Qeyd edək ki, Kapital Bank korporativ sosial məsuliyyət yönümlü fəaliyyətinə uyğun olaraq Elm və Təhsil Nazirliyi ilə mütəmadi əməkdaşlıq edir, intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nəticələr Xameneiyə təqdim olunacaq
İranın azərbaycanlı prezidentinin qələbəsi RƏSMƏN TƏSDİQLƏNDİ
Məşhur aktrisa ilk dəfə ana olacaq -FOTO

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Qohumunu güllələyən 29 yaşlı şəxs saxlanıldı