Qubadlıda yabanı halda bitən 2 tona yaxın çətənə bitkisi məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Davudlu kəndinin ərazisində, Bazarçay çayının sahilindən yabanı halda bitən 2 tona yaxın 3 895 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.
Oxu24.com
ŞƏRHLƏR