Hizbullah İsrail sərhədində yerləşən qəsəbədəki əsgərlərin toplaşdığı əraziyə dronla hücum edib.
OXU24.COM xəbər verir ki, Hizbullah hücum nəticəsində İsrail əsgərləri arasında ölən və yaralananların olduğu barədə məlumat yayıb.
İsrail tərəfdən hər hansı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bundan əvvəl Hizbullah lideri Həsən Nəsrullah İsraili təhdid etmişdi.
***
Hizbullah lideri Həsən Nəsrullah İsraili təhdid edib
Həsən Nəsrullah müharibənin olacağı təqdirdə İsrailin heç bir bölgəsinin “Hizbulahın” hücumlarından yan keçməyəcəyini bildirərək, təşkilatın qaydasız, sərhədsiz formada vuruşacağını deyib.
“Düşmən yaxşı bilir ki biz özümüzü ən pis vəziyyət üçün hazırlamışıq və heç bir yer roketlərdən kənarda qalmayacaq” - deyə təşkilat lideri bildirib.
O qeyd edib ki, İsrail Livanda ümumi müharibə başlatsa, Yəhudi dövləti qurudan, havadan və dənizdən hücumlar üçün hazırlaşmalıdır: "Aralıq dənizi regionunda vəziyyət tamamilə dəyişəcək".
Oxu24.com
ŞƏRHLƏR