Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112607
az

Mal-qaranın güzəştli sığortası başladı - QİYMƏTLƏR

22:2819 İyun, 2024
180
CƏMİYYƏT
  • A

Kənd təsərrüfatında çalışanlar və fermerlər üçün dövlət dəstəyi genişlənir. Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə artıq kənd təsərrüfatı heyvanlarını da sığortalamaq mümkündür.

Sığorta iribuynuzlu və xırdabuynuzlu heyvanları əhatə edir.

Aqrar Sığorta Fondunun ictimaiyyətlə əlaqələr xidmətindən OXU24.COM -a bildirilib ki, aqrar sığorta heyvanları çoxsaylı risklərdən – yoluxucu xəstəliklər, təbii fəlakətlər, zəhərlənmə, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu və 3-cü şəxslərin hərəkətlərindən qoruyur. Bundan başqa, baytar tərəfindən qulluq zamanı heyvanların kimyəvi maddələrdən zəhərlənməsi, avtomobillə daşınma zamanı qəza, avtomobillə vurulma, elektrik cərəyanı vurması, hətta oğurluq və quldurluq halları da aqrar sığorta tərəfindən qarşılanır.

Bu hallar nəticəsində heyvanlar tələf olarsa və ya məcburi kəsimə gedərsə, müvafiq qaydalara uyğun şəkildə fermerlərə sığorta ödənişi edilir.

Aqrar Sığorta Fondu tərəfindən heyvanları tələf olan fermerlərə böyük ödənişlər edilir. Belə ki, 2022-ci ildə heyvanların sığortası üzrə fermer və təsərrüfatlara 710 min manat, 2023-cü ildə 910 min manat həcmində sığorta ödənişi edilib.

Qanunvericiliyə əsasən, kənd təsərrüfatı heyvanlarının sığortalanması üçün sığorta tarifləri 5,2-8,2 faiz arasında dəyişir. Aqrar Sığorta Fondu tərəfindən təqdim edilən heyvan sığortasının əsas cəhəti onun güzəştli olmasıdır. Fermerlərə dəstək məqsədilə heyvanların sığorta haqqının 50 faizini dövlət ödəyir, nəticədə fermerlər cüzi ödənişlə heyvanlarını sığorta edə bilərlər. Belə ki, qiyməti 1000 manat olan mal-qaranın sığortası fermerə seçilmiş zərfdən asılı olaraq, cəmi 26-41 manata, 2000 manatlıq heyvanın sığortası 52-82 manata, 5000 manatlıq mal-qaranın sığortası isə 130-205 manata başa gəlir.

Xırdabuynuzlu heyvanların sığorta haqqı daha kiçikdir – 300 manatlıq qoyun və ya keçinin sığortası sahibinə 8-12 manata, 500 manatlıq heyvanın sığortası isə 13-20 manata başa gəlir.

Sığortalanma üçün əsas tələblər – heyvanın birkalı və peyvəndlənmiş olması, EKTİS-də qeydiyyatdan keçməsi və təsərrüfatda müvafiq şəraitin yaradılmasıdır.

Fermerlər Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsinə daxil olmaqla heyvan sığortasının şərtləri və sığorta tarifləri barədə ətraflı məlumat ala, heyvanlarını sığorta etmək üçün tələb olunan sığorta haqlarını kalkulyator vasitəsilə özləri də hesablaya bilərlər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ