Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112606
az

Kəmaləddin Heydərov heyətilə Belarusda səfərdədir - FOTO/VİDEO

22:1219 İyun, 2024
90
CƏMİYYƏT
  • A

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclasında və “Milli Təhlükəsizlik. Belarus – 2024” 2-ci Beynəlxalq Təhlükəsizlik Sənayesi Sərgisində iştirak etmək məqsədilə Belarus Respublikasında səfərdədir.

OXU24.COM  xəbər verir ki, iyunun 19-da günün birinci yarısında Azərbaycan nümayəndə heyəti Minsk-arenada təşkil olunmuş “Milli Təhlükəsizlik. Belarus – 2024” 2-ci Beynəlxalq Təhlükəsizlik Sənayesi Sərgisinin təntənəli açılış mərasimində iştirak edib. Sərgidə qəza və fəlakətlərin nəticələrinin aradan qaldırılması, o cümlədən yanğın təhlükəsizliyinə dair texnika və avadanlıqlar, müxtəlif vasitələr nümayiş olunub.

Sonra tədbir iştirakçıları Minsk şəhərində Zəfər abidəsini ziyarət ediblər.

İyunun 19-u günün ikinci yarısında Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclası keçirilib. Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti iclasda iştirak edib. Tədbirdə MDB ölkələrinin fövqəladə halların idarə olunmasına cavabdeh qurumlarının rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak edib.

İclasda çıxış edən nazir Kəmaləddin Heydərov MDB Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının ötən il keçirilmiş 35-ci iclasından sonra keçən dövr ərzində ölkəmizdə fövqəladə hallarla mübarizə sahəsində görülmüş işlər barədə məlumat verib. Nazir bildirib ki, görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində baş vermiş təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin minimum ziyanla və çevik şəkildə aradan qaldırılması mümkün olub. K.Heydərov, həmçinin irimiqyaslı fövqəladə hadisələrlə səmərəli mübarizə aparılması üçün təşkilata üzv ölkələrin uyğun qurumları arasında operativ məlumat mübadiləsinin əhəmiyyətini qeyd edib.

İclasda Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şuranın 2023-2024-cü illərdə fəaliyyəti və əməkdaşlığın təkmilləşdirilməsi tədbirləri geniş müzakirə olunub, Şuranın 2024–2025-ci illər üçün əsas fəaliyyət planının layihəsi, o cümlədən qərarlarının icra vəziyyəti barədə müzakirələr aparılıb və hesabatlar dinlənilib.

Sonda nümayəndə heyətlərinin rəhbərləri tərəfindən MDB Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclasının Qərarı imzalanıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Nazir yüksək nəticə əldə etmiş güləşçilərimizi təbrik etdi -FOTO
Nəticələr Xameneiyə təqdim olunacaq
İranın azərbaycanlı prezidentinin qələbəsi RƏSMƏN TƏSDİQLƏNDİ

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Qohumunu güllələyən 29 yaşlı şəxs saxlanıldı