Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1126
az

Bakı aeroportunda 3 əcnəbi saxta pasportla saxlanılıb

10:5227 Aprel, 2018
870
KRİMİNAL
  • A
 Aprelin 24-ü və 25-də Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa ölkələrinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan ərazisindən tranzit istifadə etmək cəhdinin qarşısı alınıb.

Oxu24.com-un  verdiyi xəbərə görə, aprelin 24-də “Şarja-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı özlərini Böyük Britaniya vətəndaşları kimi təqdim edən 1958-ci il təvəllüdlü Siddiqi Salma və 1987-ci il təvəllüdlü Siddiqi Mujeeb Ur Rehman tərəfindən sərhəd nəzarətinə təqdim olunmuş pasportların həqiqiliyi şübhə doğurub.
Aprel 25-də isə “Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi zamanı özünü Almaniya vətəndaşı kimi təqdim edən 1995-ci il təvəllüdlü Muhammed Luqman Muhammed Amen pasportunun saxta olmasına şübhələr yaranıb.
Hər iki halda sərhəd keçmə sənədləri xüsusi laboratoriya şəraitində dərinləşdirilmiş yoxlamadan keçirilib, pasportların məlumat səhifəsinin dəyişdirilərək saxtalaşdırılması müəyyən edilib. Həmin şəxslərin üzərinə baxış keçirilərkən onlara məxsus birinci halda Pakistan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aşkar olunub, məqsədlərinin Azərbaycan ərazisindən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilib.
Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

23 yaşlı tələbə vəfat etdi
Qardaşı
Bakıda kişi gecə saatlarında özünü asdı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu