Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bununla bağlı Türkiyə Prezident Administrasiyasının "X" səhifəsində paylaşım edilib.
Bildirilib ki, danışıq zamanı tərəflər regionda baş verən hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.
Onlar, həmçinin, iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Oxu24.com
ŞƏRHLƏR