Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112422
az

Aİ Leyenin AK rəhbəri təyin edilməsi ilə bağlı razılığa gələ bilməyib

12:0018 İyun, 2024
115
DÜNYA
  • A

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Ursula von der Leyenin yenidən Avropa Komissiyasının (AK) sədri vəzifəsinə təyin olunması ilə bağlı razılığa gəlməyiblər.

TASS xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Brüsseldə Aİ-nin 27 ölkəsinin liderlərinin qeyri-rəsmi şam yeməyindən sonra deyib

“Bu gün heç bir razılaşma yoxdur”, - deyə o bildirib.

Avropa Şurasının rəhbəri əlavə edib ki, liderlər “Avropa İttifaqının gələcəyi ilə bağlı fikirlərini bölüşən” Leyeni dinləyiblər.

Qeyd edək ki, 65 yaşlı Leyen 2019-cu ildən Avropa Komissiyasına rəhbərlik edir və təşkilata rəhbərlik edən ilk qadındır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp bütün dövlət qurumlarında bu şöbəni BAĞLADI
Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda
İranla Azərbaycan arasında mühüm razılaşmalar əldə olundu