Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112416
az

Mbappe AVRO-2024-ün qrup mərhələsini buraxacaq

11:2018 İyun, 2024
126
İDMAN
  • A

Fransa yığmasının hücumçusu Kilian Mbappe Avropa çempionatının qrup mərhələsində Avstriya ilə görüşdə (1:0) burnunu sındırıb.

Apasport.az “Le Figaro”ya istinadla xəbər verir ki, 25 yaşlı forvard həkim müayinəsindən keçib.

Tibbi yoxlamadan sonra məlum olub ki, Kilianın əməliyyata ehtiyacı olmayacaq, o, maskada oynayacaq.

Həmçinin hücumçunun Avropa çempionatının qrup mərhələsinin qalan oyunlarını buraxacağı və meydana yalnız pley-off mərhələsində çıxa biləcəyi bildirilib.

Qeyd edək ki, Avstriya ilə oyunda fransalı Kilian Mbappe Danso ilə toqquşduqdan sonra oyunu davam etdirə bilməyib və Jiru ilə əvəzlənib. Ulduz futbolçunun burnu qırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Bizim üçün vacib oyundur" -Qurban Qurbanov
"Xalqımızı sevindirmək niyyətindəyik" -Cəfərquliyev
Nuri Şahin     istefaya    göndərildi