Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112205
az

İsveç hava məkanını pozmaqda ittiham olunduqdan sonra Rusiya səfirini çağıracaq

16:5715 İyun, 2024
125
DÜNYA
  • A

İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, Rusiya təyyarəsinin ölkənin hava məkanını guya pozması ilə bağlı krallığın ittihamlarından sonra Stokholm Rusiya səfiri Viktor Tatarintsevi çağırmaq niyyətindədir.

 

Oxu24.com xəbər verir  ki,bu barədə SVT məlumat yayıb.

 

Billström Rusiyanın hərəkətlərinin qəbuledilməz olduğunu və İsveç Xarici İşlər Nazirliyinin “bu hadisəni vurğulamaq üçün” səfirliklə əlaqə saxlayacağını bildirib.

 

“Bizə yaxın olan hadisələrlə bağlı müttəfiqlər və tərəfdaşlarla sıx əlaqə saxlayırıq”, - İsveç Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

 

Bundan əvvəl İsveç Silahlı Qüvvələri bəyan etmişdi ki, guya Rusiya təyyarəsi ölkənin hava məkanını pozub. İsveç agentliyinin məlumatına görə, Rusiya təyyarəsi Qotland adasının şərqinə doğru uçub. Təyyarə İsveç hava komandanlığının çağırışlarına baxmayaraq, öz marşrutundan yayınmaqda günahlandırılıb. Bununla belə, Rusiya təyyarəsinin İsveç hava məkanında olması iddiasının qısa müddətli olduğu bildirilir. Ölkənin müdafiə naziri Pol Conson vəziyyətlə bağlı məlumatlandırılıb.

Bundan əvvəl XİN Şimali Avropanın gərginlik zonasına çevrilməsi risklərini açıqlamışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynada kartof ucuzlaşdı
Fransa Rusiyaya 230 milyon avroya dəstək verib
Ukraynanın İrana qarşı demarşı

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Tərkibində ən çox B12 vitamini olan qidalar BUNLARDIR
Göyçayda 3 otaqlı ev yanıb