"Rusiya Federasiyası ilə qeyri-strateji nüvə qüvvələrinin birgə təlimləri göstərdi ki, Belarus Silahlı Qüvvələri xüsusi nüvə silahından istifadə etməyə hazırdır".
Oxu24.com xəbər verir ki, bu sözləri Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Pavel Muraveyko bildirib.
Baş Qərargah rəisi həmçinin qeyd edib ki, belə təlimlər bizim hazırlığımızı və potensialımızı artırmaq yollarından biridir. O, bildirib ki, təlimlər çərçivəsində “İsgəndər” operativ-taktiki raket kompleksləri təyin olunmuş ərazilərə keçib, xüsusi döyüş sursatı alıb, onları döyüş bölmələri ilə birləşdirib və döyüş növbətçiliyinə keçib.
Yeganə
Mənbə: TASS.ru
Oxu24.com
ŞƏRHLƏR