Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111871
az

Trampa arxa çevirən maliyyəçilər onun tərəfinə qayıtdılar

16:2112 İyun, 2024
85
DÜNYA
  • A

Noyabr seçkiləri ərəfəsində ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2021-ci ildə onu tərk edən əsas donorların dəstəyini geri qaytara bilib. 

Oxu24.com xəbər verir ki, Tramp 2024-cü ildə prezident seçkilərinə qatıldı və vəziyyət dəyişdi.

Belə ki, 2021-ci ildə yanvar hadisələrindən sonra Trampa arxa çevirən maliyyəçilər onun tərəfinə qayıtdılar. Onların arasında Amerikanın “Blackstone” investisiya şirkətinin rəhbəri milyarder Stiv Şvartsman və otel maqnatı Miriam Adelson da var.

Bundan əlavə, iyunun 13-də ABŞ-ın keçmiş prezidenti Vaşinqtonda bəzi iri Amerika korporasiyalarının rəhbərləri ilə görüşməyi planlaşdırır. İclasın 100 iştirakçısı arasında "JPMorgan Chase", "Citigroup" və "Bank of America" banklarının rəhbərləri Ceymi Dimon, Ceyms Freyzer və Brayan Moynihan ola bilər.

ABŞ milyarderlərinin Trampı dəstəkləməyə hazır olmasının mühüm səbəblərindən biri onun vergilərə yanaşmasıdır. Respublikaçı vergiləri zəngin amerikalılar üçün aşağı salacağını vəd edib, indiki prezident Co Bayden isə əksinə, varlı vətəndaşlar üçün vergilərin artırılmasının tərəfdarıdır.

Yeganə

Mənbə: Bloomberg.com
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentin qardaşı oğlu Qırğızıstanda saxlanılıb
Avropa ermənilər üçün yaşıl işığı yandırıb
Kreml: Trampın dövründə dialoq olub...

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO