Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111831
az

Narkotiklərin məhv edilməsi qaydası dəyişir

14:1312 İyun, 2024
153
CƏMİYYƏT
  • A

Azərbaycanda qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi qaydası dəyişilir. 

Oxu24.com xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasətin və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb. 

Qeyd edilib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorslarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununda təklif edilən dəyişikliklər qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının bir neçə komissiya tərəfindən məhv edilməsi üçün hüquqi əsas yaradır. Həmçinin layihəyə əsasən həmin komissiyaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılması təklif edilir. 

Bundan başqa layihədə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsinin Qanunun 7.1.4-cü maddəsinə və digər normativ hüquqi aktlara əsasən həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi qaydaları, 2023-cü il 11 fevral tarixli 44 nömrəli Qərarı ilə isə cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi qaydaları müəyyən edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu işdən çıxardı
İlham Əliyev Ərdoğana Azərbaycanın D8-ə üzv seçilməsində dəstəyinə görə təşəkkür edib
AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib